"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Qobustan həbsxanasına ayaqqabı süngərində narkotik vasitə keçirmək istəyiblər

Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən məhkum Samir Mirzə oğlu Əhmədova vətəndaş Rüfər Fikrət oğlu Əhmədovun göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı əşyaların arasında olan ayaqqabı təmizləmək üçün süngərin altında gizlədilmiş, xalis çəkisi 1,226 qram olan narkotik maddə – heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, S.Əhmədov Cinayət Məcəlləsinin 126.2.1; 126.2.2; 126.2.4; 178.1; 215.2.1; 215.2.4; 215.2.7; 221.2.1; 221.2.2; 221.3; 317-2.1; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

http://az.trend.az/news/incident/2264451.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO