"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan ilin sonunadək tamamilə rəqəmli yayım standartına keçəcək

Rəqəmli yayım standartına keçid ilin sonuna planlaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nazirliyin ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Ə.Abbasovun sözlərinə görə, analoq yayımdan rəqəmli standarta keçid ilk növbədə tezlik spektrinin rasional istifadəsinə imkan yaradır. Rəqəmli televiziya yayımına keçiddən sonra mövcud beynəlxalq normalara əsasən, tezliklər başqa xidmətlər altında seçiləcək ki, bu məsələ də bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin prioritet vəzifələrindən biridir.
Hazırda respublika əhalisinin 98 faizi rəqəmli TV siqnalı ilə əhatə olunub. Ayrı-ayrı yaşayış məntəqələri istisna təşkil edir. Bu gün mühüm vəzifə 100 faizlik əhatəyə nail olmaqdır ki, bu da zəhmət tələb edən prosesdir. Buna baxmayaraq, ölkənin hər bir sakini sosial rəqəmli paketlə təmin olunmalıdır.
Nazir qeyd edib: “Başqa inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da televiziya və radio verilişlərinin yayımında müxtəlif texnologiyalar tətbiq edilir. Həmçinin bazarda kabel operatorları var, peyk teleradio yayımına çıxış var. Bu gün respublika əhalisinin təxminən 60 faizi televiziya kontentinə baxış üçün peyk antenalarından istifadə edir. Həmçinin internet-televiziyadan geniş istifadə olunur”.

http://az.trend.az/capital/it/2264374.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO