"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfərinin tarixi açıqlanıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyunun 3-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Səfər çərçivəsində D.Burkhalter Azərbaycan dövlət rəsmiləri ilə görüşəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli və ATƏT ilə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Azərbaycana rəsmi səfərin ardınca D.Burkhalter Yerevana yola düşəcək.
Qeyd edək ki, bundan öncə Trend-ə müsahibəsində D.Burkhalter qeyd edib ki, İsveçrənin ATƏT-dəki sədrliyi Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir: “Biz ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi ATƏT-in Minsk prosesi kimi mövcud vasitəçilik mexanizmlərinin fəal şəkildə dəstəklənməsi və gücləndirilməsi vasitəsilə dialoq və etimadın formalaşdırılması tədbirlərinin təşviqi imkanlarını nəzərdən keçiririk”
D.Burkhalter ölkəsinin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə təşkilatla Azərbaycan arasında əməkdaşlıq məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara dəstək verməyə hazır olduğunu bildirib.

http://az.trend.az/news/politics/2264387.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO