"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Odessa: Prokuror azərbaycanlı tələbəyə ömürlük cəza istəyir

Ötən ilin noyabrında Ukraynada bir yerli vətəndaşın qətlində, birinin isə ağır yaralanmasında təqsirli bilinən azərbaycanlı tələbə Məhəmməd Arzu oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Abdullayevin də oxuduğu Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı, Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri Həsən Əliyev APA-ya açıqlamasında bildirib ki, artıq məhkəmənin iki iclası olub.
Azərbaycanlı tələbənin son məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və milliyyətcə erməni olan dövlət ittihamçısı (prokuror) çıxışında qətlin milli zəmində baş verdiyini iddia edərək, yerli qanunvericiliyə əsasən M.Abdullayevə ömürlük həbs istəyib. Məhkəmə son qərarı növbəti iclasa saxlayıb.
Əliyev qeyd edib ki, məhkəmənin növbəti iclasının tarixi ölkədə baş verən hadisələrlə əlaqədar olaraq naməlum müddətə təxirə salınıb.
Ötən il noyabrın 18-də axşam saatlarında Odessada azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verən kütləvi dava nəticəsində ölüm hadisəsi qeydə alınıb. Məhəmməd Abdullayev iki-üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzindən qayıdan zaman yataqxananın qarşısında taksidən düşdükdən sonra yerli sakin olan üç nəfər orta yaşlı şəxs sərxoş halda onların qarşısını kəsib. Nəticədə milli zəmində mübahisə düşüb və əlbəyaxa davaya çevrilib. Bu zaman M.Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan ikisini bıçaqlayıb. Bıçaq sərxoş şəxslərdən birinin ürəyinə işlədiyi üçün o, yerindəcə ölüb. Hadisədən sonra Məhəmməd Abdullayev oxuduğu Akademiyadan xaric edilib.

http://www.ayna.az/2014/odessa-prokuror-azerbaycanli-telebeye-omurluk-ceza-isteyir/

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO