"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Arxiv

Partnyorlarımız

QHT Maliyyə Nazirliyinə müraciət etdi

Braziliyada məhkumlar elektrik enerjisi istehsal etməklə cəza müddətlərini qısaldır, Ukrayna həbsxanalarında mebellər, tikinti materialları istehsal olunur, ABŞ-da “Victoria s Secret” və “J.C. Penney” kimi tanınmış şirkətlər öz məhsullarını həbsxanada istehsal edir, Rusiya həbsxanalarında hərbi alt paltarları, Kuzbasda kinoloqlar üçün kostyumlar, Tümendə tundra əhalisi üçün kürklər, Çelyabinskdə isə yeni doğulan körpələr üçün geyimlər istehsal olunur … Bəs Azərbaycan Penitensiar Müəssisələrində bu sahədə durum necədir!?
Müstəqilliyinin 23-cü ilini yaşayan ölkəmizdə bir çox sahələrdə islahatlar aparılır, qanunverciliyin təkmilləşdirilməsi, insan hüquqlarının önə çəkilməsi istiqamətində mühüm addımlar atılır. Əldə olunan çoxsaylı uğurlarımızla yanaşı isə bir sıra problemlərimiz də qalmaqdadır.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində sadalanan məhkumların əsas hüquqlarından biri də ictimai faydalı əməklə məşğul olmaqdır. Milli və beynəlxalq qanunvericlik, habelə təcrübə göstərir ki, əmək həm də məhkumların islah edilməsinin əsas vasitələrindən biridir. Lakin buna baxmayaraq Azərbaycan Penitensiar sistemində məhkumların işlə təmin olunması məsələsi problem olaraq qalmaqdadır. Təşkilat tərəfindən aparılan araşdırmalara görə, cəzaçəkmə müəssisələrində kifayət qədər iqtisadi göstəricilərin, mühəndis-texniki kommunikasiyaların və müvafiq maddi-texniki bazanın, habelə məhkumların işləmək həvəsinin olmasına baxmayaraq, bu sahədə tutarlı işlər aparılmır. Qeyd etmək istərdik ki, bu problemin həlli üçün yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Nazirliyin Penitensiar Xidmətinin səyləri yetərli deyildir, bu sahəyə qeyri-hökumət təşkilatların, digər dövlət qurumlarının da dəstəyi zəruridir.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi uzun müddətdir ölkədə məhkum hüquqlarının qorunması, bu sahədə qanunvericilik bazasının, habelə məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, məhkumların mövcud problemlərinin araşdırılması və həlli istiqamətində müvafiq layihələr həyata keçirir. Təşkilatın əsas hədəflərindən biri də məhkumların məhz ictimai faydalı əməklə məşğul olmaq hüququnun təminatına nail olmaqdır. Aparılan araşdırmalar göstərir ki, beynəlxalq təcrübədə həbsxanalarda məhkumların əməyə cəlb edilməsi onların islah prosesini surətləndirməklə yanaşı, bir çox ölkələrdə səmərəli gəlir sahələrdən biri sayılır, bir çox dövlətlər həbsxanalarda istehsalat sahələrini gücləndirməklə həm də məhkumlara sərf edilən dövlət büdcəsinə qənaət etmiş olurlar. Misal üçün, ABŞ həbsxanalarının illik dövriyyəsi 72 milyard dollar təşkil edir, bunun 50 milyardı qoyulan sərmayədirsə, 22 milyardı sırf gəlirdir.
Ölkəmizdəki Cəzaçəkmə Müəssisələrində iş yerlərinin olmaması səbəbindən məhkumların əmək hüquqları pozulur, məhkumların islah prosesinə ciddi zərbə vurulur və bu da bir çox hallarda belə şəxslərin azadlığa çıxdıqdan sonra təkrar cinayət törətməsi ilə nəticələnir, bir çox məhkumlar məhkəmə qərarları üzrə borclarını ödəyə bilmir və nəhayətdə qanunvericiliyin onlara verdiyi digər hüquqlardan, o cümlədən vaxtından əvvəl şərti azad etmə institutundan faydalana bilmirlər. Hesab edirik ki, Cəzaçəkmə Müəssisələrində iş yerlərinin yaradılması nəinki sadaladığımız bu problemlərin həllinə kömək edər, hətta təxminən 20 minə yaxın məhkumun saxlanmasına sərf edilən külli miqdarda büdcə vəsaitinin qənaətinə səbəb ola bilər.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi ölkəmizdə məhkumların ictimai faydalı əməklə məşğul olmaq hüququnun təminatı, habelə penitensiar sahəyə sərf edilən dövlət vəsaitinə qənaət edilməsi istiqamətində dövlət proqramının hazırlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi və sair zəruri işlərin görülməsi məqsədilə bütün maraqlı tərəflərinin təmsil olunacağı birgə İşçi Qrupun yaradılmasını təklif edir. Bu məqsədlə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təşkilat tərəfindən artıq rəsmi müraciət də göndərilmişdir.

www.azpenalreform.az

MƏTBUAT XİDMƏTİ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO