"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

MPQ Bakı İstintaq təcridxanasında aparılan araşdırmanın nəticəsini açıqlayıb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq təcridxanasında araşdırma aparıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları aprelin 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olub, Müvəkkilə müraciət edən, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin nümayəndələri tərəfindən Ombudsman Aparatına ünvanlanmış müraciətdə adları çəkilən saxlanılan şəxslərlə görüşmüşlər.
Görüş zamanı Ombudsmanın nümayəndələri həmin şəxslərin təcridxanada saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Bakı İstintaq təcridxanasında 30-dan çox saxlanılan şəxs qəbul edilib, onların şikayətləri diqqətlə dinlənilib.
Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət daxil olmayıb. Həmin şəxslərə müraciətləri ilə bağlı müvafiq hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib, bir neçə saxlanılan şəxsə isə onların şikayətləri ilə əlaqədar araşdırma aparılması üçün müvafiq orqanlara müraciət ediləcəyi bildirilib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

http://az.trend.az/news/society/2261091.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO