"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bölgələrdə əmək yarmarkalarına start verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bölgələrdə əmək yarmarkalarına start verib.
İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanılıb.
İlk belə yarmarka Şəmkir rayonunda keçirilib və 24 müəssisə tərəfindən 179 boş iş yerinin təqdim olunduğu yarmarkada 130 nəfərə boş iş yerlərinə göndəriş verilib. Növbəti Əmək yarmarkasının aprelin 17-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulur.
İl ərzində respublikanın bütün bölgələrində təşkil olunacaq əmək yarmarkalarında işaxtaran və işsiz vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması da təmin olunacaq. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjaları da fəaliyyət göstərəcək.

https://www.facebook.com/pages/%C6%8Fm%C9%99k-v%C9%99-%C6%8Fhalinin-Sosial-M%C3%BCdafi%C9%99si-Nazirliyi/154642084594835

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO