"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası öz işinə başlayıb

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasda beş ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan iştirak edir.
Azərbaycan, Rusiya və Qazaxıstan iclasda Baş Qərargah rəisləri, Belarus və Qırğızıstan isə Baş Qərargah rəsilərinin I müavinləri səviyyəsində təmsil olunur.
MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq. İclas zamanı hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılacaq, eyni zamanda “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsinin nəzərdən keçirilməsi, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsinə baxılması nəzərdə tutulur.
İclasda MDB dövlətlərin Silahlı Qüvvələrinin hərbiçilərinin səhra hazırlığı (hava, dəniz) üzrə müsabiqələrin hazırlığı və təşkili ilə bağlı və digər məsələlər də müzakirə ediləcək.

http://az.trend.az/news/politics/2260395.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO