"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

DİN qanunsuz mərc oyunları təşkil edən qrupun üzvlərini və saxta diplom satan şəxsi məsuliyyətə cəlb edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları paytaxtın müxtəlif ərazilərində qanunsuz idman mərc oyunları təşkil etməkdə təqsirli bilinən qrupun üzvlərini və 10 min ABŞ dolları müqabilində saxta diplom satan şəxsi məsuliyyətə cəlb ediblər.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayonunda anadan olan 32 yaşlı Emin Əliyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev təxminən 1 il bundan əvvəl Qusar rayon sakini 20 yaşlı Elşad Seyidov, Yevlax rayonunda anadan olan 22 yaşlı Fərdi Mehdiyev, Şəki şəhər sakini Əfqan Xəlilov, Bakı şəhər sakinləri 25 yaşlı Elşən Arzumanov, 19 yaşlı Ağacan Nərimanov və 24 yaşlı Tapdıq Fərəcovu da ətrafına cəlb edərək qanunsuz “ZenitBet” idman mərc oyunları təşkil edib. E.Əliyev paytaxtın müxtəlif ərazilərində 6 ünvanda obyekt kirayə götürüb, qanunsuz oyunları təşkil etmək üçün lazım olan avadanlıqlar alıb və hər bir obyekti ətrafına cəlb etdiyi tanışlarına təhvil verərək işlətməyi tapşırıb.
Əməliyyatçılar obyektlərə baxış keçirərkən qumara qoyulmuş külli miqdarda nağd pul, xüsusi kompüter avadanlıqları və digər maddi sübutlar aşkarlayaraq götürüblər. Eyni zamanda, qanunsuz idman mərc oyunlarında iştirak edən Bakı şəhər sakinləri 26 yaşlı Pərvin Kazımov və 35 yaşlı Sirac Vəliyev də saxlanılaraq barələrində qanunla müəyyən edilmiş qaydada ölçü götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə saxta diplom hazırlayaraq satan Bakı şəhər sakini 25 yaşlı Həsən Xəlilov da yaxalanıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, qardaşına məxsus Azərbaycan Beynəlxalq Universitetinin diplomunu ələ keçirərək üz qabığını və digər məlumatları xüsusi vasitələrlə dəyişib. Daha sonra isə diplomu satmaq üçün müştəri axtarıb. Nəhayət müştəri tapan H.Xəlilov saxta diplomu 10 min ABŞ dollarına satmağa razılaşıb. Saxta diplom satıldıqdan sonra əməliyyatçılar H.Xəlilovu ələ keçirib və onun üstündən 10 min dollar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı BMCMİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq araşdırmaları davam etdirilir.

http://az.trend.az/news/incident/2259409.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO