"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bakıda cəzaçəkmə müəssisəsinə gələn vəkilin telefonu alınıb

Bakıda cəzaçəkmə müəssisəsinə məhkumla görüşə gəlmiş vəkilin mobil telefonu götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan bir ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, N.Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

http://az.trend.az/news/incident/2259441.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO