"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan ilə Kamboca arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Kambocanın Azərbaycanda səfərdə olan dövlət katibi Ouch Borithin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov Azərbaycan ilə Kamboca arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü çatdırıb.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə toxunan X.Xələfov iqtisadi, təhsil və enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.
Ouch Borith dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin Kambocanin xarici siyasətinin təməl prinsiplərindən biri olduğunu deyərək, ölkəsinin zor işlətməklə dövlətlərin sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin əleyhinə olduğunu və bu əsasda da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin Kamboca tərəfindən dəstəkləndiyini vurğulayıb.
Sovet İttifaqı zamanı kambocalı tələbələrin Azərbaycanda təhsil alması üçün yaradılmış imkanlara görə Azərbaycan Respublikası Hökumətinə təşəkkürünü çatdıran O.Borith Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını nəzərə çatdırıb. O, Azərbaycanın enerji sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu sahədə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüş əsnasında qarşılıqlı səfərlərin təşkili və ölkələrimiz arasında müqavilə-hüquq bazasının da genişləndirilməsi məsələləri də müzakirə olunub.

http://az.trend.az/news/politics/2259492.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO