"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Türkiyədə qətldə şübhəli bilinən bələdiyyə başçısı saxlanılıb

Türkiyədə Siirt vilayətinin bələdiyyə başçısı Mehmet Məsud Səadət Partiyasının namizədi Bəhmən Aydının ölümündə şübhəli bilinərək saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı “JazeeraTurk” telekanalı xəbər yayıb.
Məsudla yanaşı, daha dörd nəfər də saxlanılıb.
Qeyd edək ki, M.Məsud bələdiyyə seçkilərində hakim partiyadan namizəd idi.
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın martın 31-də Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib. Daha beş nəfər isə silahlıların atəş açması nəticəsində yaralanıb.
Səadət Partiyası müxalifətyönlü islamçı partiyadır. Bələdiyyə seçkilərində bu partiya bir faizdən az səs toplayıb.
Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

http://az.trend.az/news/incident/2258686.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO