"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ombudsmanın nümayəndələri cəzaçəkmə müəssisələrindəki vəziyyəti araşdırıblar

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2, 12 və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinə (MTCM) və 14 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) planlı başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrin məqsədi saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.
14 saylı CÇM-in bütün obyektlərinə, o cümlədən yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, məscidə, yeməkxanaya, mətbəxə, hamama baxış keçirilib, bir sıra müsbət hallar müəyyən edilib. Belə ki, yeməkxanada əsaslı təmir işləri görülməklə taxta pəncərələr müasir tipli plastik pəncərələrlə, yeməkxananın tavanı müasir standartlara cavab verən plastik (lambir) örtüklə əvəz edilib, işıqlandırılması təmin edilib, döşəməyə keramik örtüklər vurulub. Məhkumların asudə vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə futbol meydançasına yaşıl süni örtük çəkilib. Bilyard zalı tikilib istifadəyə verilib və iki bilyard stolu ilə təchiz edilib. Məhkumların məişət məsələlərinin həllinə də diqqət yetirilir. Bu məqsədilə camaşırxanada yuyulmuş paltarların qurudulması üçün qurğu quraşdırılıb, telefon xətləri yeni elektron ATS-lə əvəz edilib, telefon nömrələrinin sayı 1-dən 4-dək artırılıb, müəssisənin kitabxanası üçün latın qrafikalı yeni kitablar alınıb, yaddaşında 135 kitabın mətninin yerləşdirildiyi elektron kitabxana yaradılıb.
Habelə məhkumlar üçün nəzərdə tutulmuş klub üçün yumşaq oturacaqlar alınıb və əsaslı təmirdən sonra quraşdırılması nəzərdə tutulub.
Ümumilikdə 50-dək məhkum, o cümlədən cərimə təcridxanasında, tibb-sanitar hissəsində olan məhkumlar konfidensial qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub. Məhkumlar saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından, qidalanmadan və göstərilən tibbi yardımdan narazılıq etməyiblər.
Müəssisə rəhbərliyinə bəzi məsələlərlə bağlı verilmiş müvafiq tövsiyələr yerində həll edilib.
Eyni zamanda, məhkumların narahatlığına səbəb olan bəzi məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacaq.
Penitensiar Xidmətin 2, 12 və 13 saylı MTCM-lərinə başçəkmələrin nəticələri barədə məlumat verilmir.
Qeyd edək ki, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

http://az.trend.az/news/society/2258911.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO