"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanın ödəniş terminallarında saxta əsginazlardan müdafiə gücləndirilir

“Komtec” şirkəti MilliÖN ödəniş terminallarının saxta əsginazlardan müdafiəsini gücləndirir. Bunu Trend-ə şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, söhbət əsginaz qəbulunun proqram təminatının yenilənməsindən və ödəniş terminalları şəbəkəsinin fırıldaqçılıqdan müdafiəsinin gücləndirilməsindən gedir: “Şirkət ödəniş terminallarında saxta əsginazlardan istifadənin qarşısını almaq üzrə işləri mütəmadi əsasda aparır. Tətbiq edilən yeni müdafiə funksiyaları saxta əsginazları böyük dəqiqliklə aşkar etməyə və onların MilliÖN terminallarında istifadəsinin qarşısını almağa imkan verir”.

Hazırda respublika üzrə MilliÖN ödəniş terminallarının ümumi sayı 3 min ədəddir.

Terminalların saxta əsginazlardan müdafiəsi məsələsinə “Modenis” MMC-dən də münasibət bildiriblər. Şirkətdən deyiblər ki, eManat ödəniş terminallarında hazırda tətbiq edilən həllər onları saxta əsginazların hazırda məlum olan bütün növlərindən müdafiə etməyə imkan verir: “Sistem mütəmadi olaraq yenilənir və saxta əsginazların aşkarlanmasının aktual alqoritmləri ilə təmin edilir”.

Hazırda respublikada 1070 ədəd eManat terminalı var.

Qeyd edək ki, bu ilin mart ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda “Paypoint” terminalları vasitəsilə dövriyyəyə saxta əsginazlar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri yaxalanıb.

Araşdırmalarla müəyyən olunub ki, qrup üzvləri saxta manatları Kənan İbrahimova məxsus xüsusi kompüter avadanlıqları vasitəsilə hazırlayıblar. Saxta manatlar hazırlandıqdan sonra dəfələrlə MilliÖN ödəniş sisteminin Binəqədi rayonu ərazisində yerləşən “Paypoint” terminallarında ayrı-ayrı vaxtlarda dövriyyəyə buraxılıb. Saxlanılan şəxslər daha sonra bildiriblər ki, onlar saxta pulları dövriyyəyə daxil etmək məqsədilə “Dəmirbank”da bank hesabı da açdırıblar. Saxta pulların bir hissəsi “Paypoint” vasitəsilə bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginazlar çıxarılaraq mənimsənilib.

http://az.trend.az/news/society/2258691.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO