"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda İKT sektorunun inkişafı üzrə yeni dövlət proqramının qəbul ediləcəyi gözlənilir

Yeni “2014-2020-ci illərdə Azərbaycanda informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya”nın reallaşdırılması respublikada İKT sektorunun inkişafına yönəlmiş yeni dövlət proqramının qəbul edilməsi ilə müşayiət olunacaq. Bu barədə cümə axşamı Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Etibar Umudov bildirib.
Onun sözlərinə görə, dövlət proqramının əsas hədəfi milli strategiyada müəyyən edilən və İKT sektorunun payının artırılmasına yönələn vəzifələrin reallaşdırılması olacaq. Bundan əlavə, sənəddə qarşıdakı layihələrin reallaşdırılmasının təşkilati və iqtisadi mexanizmləri açılır: “Onların arasında informasiya cəmiyyətinin formalaşdırılması, vətəndaş cəmiyyətinin və dövlətin davamlı inkişafı üçün İKT-nin üstünlüklərindən səmərəli istifadə, dövlətin idarə edilməsində İKT sektorunun payının artırılması, infrastrukturun genişləndirilməsi və göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin, əhaliyə göstərilən sosial və təhsil, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, ixracyönümlü məhsulların istehsalı infrastrukturunun yaradılması, elektron hökumət xidmətlərinin və digər sahələrin genişləndirilməsi var”.
Strategiya İKT sektorunun maliyyələşdirilməsinin əsaslarını ehtiva edir ki, bu da müxtəlif sahələrdə layihələrin inkişafı üçün vəsaitlərdən rasional istifadəyə imkan yaradacaq, həmçinin şəffaflığı və onların istifadəsinin məqsədli istiqamətini artıracaq.

http://az.trend.az/regions/scaucasus/azerbaijan/2258717.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO