"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Avropa İttifaqı Azərbaycanda müasir standartlaşdırma sistemlərinin inkişafını dəstəkləyəcək

Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinə müasir standartlaşdırma sistemlərinin inkişafı və texniki tənzimləməsinə 1,2 milyon avro məbləğində vəsait ayıracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda müvafiq tvininq-layihənin təqdimatı zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
Onun sözlərinə görə, tvininiq-layihələr Avropa bilik və təcrübələrinin azərbaycanlı həmkarlara verilməsində səmərəli alət olub. 2007-2013-cü illərdə Aİ ilə əməkdaşlığın bu aləti vasitəsilə Azərbaycana 45 milyon manat vəsait ayrılıb.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qeyd edib ki, layihə standartlaşdırma sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin gücləndirilməsi və onların beynəlxalq təşkilatların fəaliyyətinə daha sıx cəlb edilməsi, dövlət standartlarının fondu və standartların onlayn satış sistemləri əsasında məlumat bazasının yaradılması kimi komponentləri özündə birləşdirir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq və Fransa səfirliyinin iqtisadiyyat üzrə katibi Herv Sarnelli çıxışları zamanı layihənin vacibliyindən danışıblar. Avropa Komissiyasının Sənaye üzrə Baş direktorluğunun məsləhətçisi Norbert Anselman isə layihənin detallarını açıqlayıb.
Layihənin Avropa tərəfdən iştirakçıları Böyük Britaniya, Fransa və Sloveniyanın Standartlaşdırma institutlarıdır. Layihə iki il ərzində reallaşdırılacaq.

http://az.trend.az/capital/business/2258745.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO