"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Rusiya məhkumlarının yaşayış şəraiti yaxşılaşdırılacaq

Rusiyanın Ədliyyə Nazirliyi istintaq təcridxanalarında məhkumların yerləşməsi ilə bağlı dəyişiklikləri əhatə edən yeni qanun layihəsi hazırlayıb.
Layihənin əsas məqsədi bir təcridxana kamerasına düşən adi və ya yumşaldılmış formada cəza çəkən məhkumların sayının 10-a qədər azaldılmasıdır.

Hazırda bu say 50- 100 nəfər arasında dəyişir.
Ağır şəraitdə cəza çəkən məhkunlarsa 4 nəfərlik kameralara yerləşdirilə bilər.
Yetkinlik yaşına çatmayanlar üçün də dördnəfərlik kameralar nəzərdə tutulur.
Qanun layihəsi “azadlıqdan məhrum etmə şəklində cəza almış şəxslərin humanitar qanun və hüquqlarının qorunması” çərçivəsində hazırlanır.
Həbsxana islahatı
Rusiya 2010-cu ildə cinayət islah sisteminin on il ərzində inkişaf etdirilməsi konsepsiyasına başladıb.
Cəzaların icrası üzrə Federal xidmətin direktor müavini Nikolay Kolesnik bildirib ki, həbsxana islahatları əmək düşərgələrindən Sovet sistemini yox etməyə yönəlib.
Sənəddəki plana görə, 2017-ci ilə qədər beynəlxalq standartlara cavab verən 17 təcridxana tikintisi nəzərdə tutulur.
Rus həbsxanalarının vəziyyəti tez-tez hüquq müdafiəçilərinin tənqidinə səbəb olur.
Fevral ayında hüquq müdaifəçisi Aleksandr Muzikantskiy bildirib ki, paytaxt həbsxanaları 3 dəfə artıq dolub.
“Bu o deməkdir ki, 8 nəfərlik kamerada 15 nəfər qalır və onlar növbə ilə yatır”.
Ötən ilin dekabrında azadlığa çıxan Pussy Riot üzvləri Klikləyin Nadejda Tolokonnikova və Mariya Alexina BBC-ə bildirib ki, məhkumların hüquqları uğrunda mübarizə aparacaq.
Hələ həbsdə olarkən xanım Tolokonnikova həbsxanadakı vəziyyət barədə İnternetdə açıq məktublar çap etdirib.

http://www.bbc.co.uk/azeri/region/2014/03/140327_russia_prisoner_law.shtml

Təqvim

March 2014
M T W T F S S
« Feb   Apr »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO