"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İran və İraqdakı edamlara görə dünya üzrə artım müşahidə olunub

İraq və İranda ölüm cəzası nəticəsində öldürülənlərin sayına görə dünyada edam olunanların sayında artım müşahidə olunub, Amnesty International deyir.
İnsan haqları təşkilatının ölüm cəzası barədə illik hesabatı göstərir ki, 2012-ci illə müqayisədə 2013-cü ildə 15 faizlik artım olub.

Çində baş verən edamların sayı rəsmən açıqlanmasa da, ən çox adamın bu ölkədə ölüm cəzası ilə öldürülməsi güman edilir.
Digər ölkələrdə 2013-cü ildə ən azı 778 adamın edam edildiyi bilinir. 2012-ci ildə bu rəqəm 682 idi.
İranda ən azı 369 adam, İraqda isə 169 adam edam edilib.
İl boyu 22 ölkədə edam həyata keçirilib.
İndoneziya, Küveyt, Nigeriya və Vietnam ölüm cəzasını yenidən tətbiq etməyə başlasa da son 20 il ərzində ümumən azalma müşahidə olunub. Amnesty International deyir ki, ötən il bütün regionlarda irəliləyişlər olub.
Belarus ölüm cəzasını tətbiq etmədiyinə görə 2009-cu ildən bəri ilk dəfədir ki, Avropada edam olmayıb.
Amnesty deyir ki, 2013-cü ildə istifadə olunan üsullar arasında baş kəsmə, elektrik stulu, güllələnmə, asılma və zəhərli iynə olub.

http://www.bbc.co.uk/azeri/region/2014/03/140327_executions_iran.shtml

Təqvim

March 2014
M T W T F S S
« Feb   Apr »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO