"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

BQXK: Azərbaycan vərəmin müalicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə nail olub

Azərbaycan vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub. Trend-in məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran “Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə, Azərbaycan təcrübəsi” adlı filmin Azərbaycan dilindəki versiyasının təqdimatında deyib.
Onun sözlərinə görə, dünyada immun çatışmazlığı virusundan sonra insan ölümünə səbəb olan ikinci ən geniş yayılmış infeksiya törədicisi vərəmdir. Multirezistentli (MDR) vərəm bütün dünyada, xüsusilə də keçmiş SSRİ məkanının əksər hissələrində yüksək sürətlə artır. Bu ölümcül xəstəlik cəzaçəkmə yerlərində xüsusilə təhlükəlidir: “Lakin Azərbaycanda Ədliyyə Nazirliyi vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub. Nazirlik və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək üçün birgə və ciddi səy göstərib”.
D.Duran həmçinin qeyd edib ki, Azərbaycanın vərəmlə mübarizəsi artıq nümunəvi model olaraq tətbiq edilməkdədir. Bu gün təqdim olunan və 2013-cü ildə hazırlanmış film isə ölkədə məhbuslar üçün fəaliyyətə başlayan mərkəzi müalicə müəssisəsində göstərilən fərdi diqqətin, mütəxəssis qayğısının və məhkəm siyasi istək və iradənın nəticəsində həbsxanalarda MDR vərəmlə mübarizədə Azərbaycanın model rolunu oynadığını göstərir.

http://az.trend.az/news/society/2256793.html

Təqvim

March 2014
M T W T F S S
« Feb   Apr »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO