"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bakıda cəzaçəkmə müəssisəsində “mobil telefon mağazası ” açmaq arzusu boşa çıxdı

Bakıda 2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Arzuman Mirzə oğlu İsmalılovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tamerlan Mirzə oğlu İsmayılzadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı “Texnolux” markalı elektrik çaynikinin elektrik qidalandırıcısının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı, bir ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı, bir ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik generatoru və üç ədəd elektrik qidalandırıcısının ucluqları aşkar edilərək götürülüb.
Qeyd edək ki, məhkum A.İsmalılov Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 180.2.2; 332.2.1; 332.2.3; 66.3 və 332.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

http://az.trend.az/news/incident/2247144.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO