"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bakıda 2 nəfəri güllələyərək qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bir neçə gün Bakıda 2 nəfəri güllələyərək qətlə yetirən və daha 2 nəfəri yaralayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 23-də Sabunçu rayonunda münaqişə zəminində odlu silahdan açılmış atəş nəticəsində Fərid Qədirovun qəsdən öldürülməsi, Yusif Alpaşayev, Akif və Asif Nəzərovların isə xəsarət almaları faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gülağa Lətifov tutularaq istintaqa cəlb olunub.
Y.Alpaşayev aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyindən, eyni zamanda, G.Lətifovun torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq torpaq sahəsini özbaşına tutmasında, xuliqanlıq niyyəti, zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar xüsusi amansızlıq, eləcə də ümumi təhlükəli üsulla iki şəxsi qəsdən öldürməsində, həmin niyyətlə zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar onların özlərini və ümumi təhlükəli üsulla daha çox şəxsi öldürməyə cəhd göstərməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə), 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələrinə tövsif edilib.
G.Lətifov qeyd edilən maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.

http://az.trend.az/news/society/2247112.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO