"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda korporativ istiqrazlarla ilk REPO əqdi bağlanıb

Bu gün “Bakı Fond Birjası” (BFB) QSC-də korporativ sektorda ilk REPO əqdi baş tutub.
Trend-in BFB-yə istinadən verdiyi məlumata görə,”Paşa Bank” ASC-nin market-meyker olduğu “Bakcell Ltd” MMC-nin istiqrazları üzrə sövdələşmə “ADB Broker” MMC və “Paşa Kapital” MMC arasında bağlanıb.
Korporativ qiymətli kağızlarla REPO əqdinin həcmi təqribən 1 milyon manat təşkil edir.
Müddəti 1 gün və həcmi 999 897,33 manat olan əqd üzrə gəlirlilik 3 faiz təşkil edib.
Korporativ istiqrazlarla REPO əməliyyatlarının aparılması qiymətli kağızlar bazarında likvidliyin artırılmasına təkan verəcək.
BFB-də korporativ istiqrazlarla REPO/əks-REPO əməliyyatlarının aparılmasına 25 fevral 2014-cü il tarixindən etibarən başlanıb. Repo predmeti olaraq, BFB-də market-meyker tərəfindən likvidliyi təmin olunmuş korporativ istiqrazlar təsdiq edilib.

http://az.trend.az/capital/business/2247167.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO