"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Türkiyədə antikorrupsiya əməliyyatları zamanı həbs olunanlardan daha 9 nəfər azad edilib

Türkiyənin “Xalq Bank”ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad ediliblər. Bu barədə Trend “TRT Haber” kanalına istinadən xəbər verir.
Qeyd edək ki, onlar ötən ilin sonunda antikorrupsiya əməliyyatları zamanı həbs edilmişdilər.
Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.
Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları – iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin “Xalq Bank”ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da olub.

http://az.trend.az/news/politics/2242015.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO