"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıya gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair müşavirə keçirilib

I Avropa Yay Olimpiya Oyunları ilə bağlı Nəqliyyat Nazirliyində müşavirə keçirilib.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə nazirliyin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
Müşavirədə I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rəsmi nümayəndə heyətlərinə, idmançılara və tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirə edilib, bu işlərin yüksək səviyyədə təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

http://az.trend.az/news/society/2241698.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO