"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

DİN və Ekologiya Nazirliyi birgə reydlər keçiriblər

Bu ilin ötən dövründə qanunsuz ov edilməsi, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun, habelə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin tələblərinə əməl olunmamasının, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə Nazirliyin Baş İctimai Təlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində bir neçə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, keçirilən reydlər nəticəsində qanunsuz ov edən şəxslərdən ümumilikdə 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu, o cümlədən “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd nadir bəzgək quşu, 116 ədəd nərə cinsli balıq götürülüb.

Brokonyerlər barəsində 8650 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Tədbirlər zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulması faktları üzrə protokollar tərtib edilib, müvafiq qaydada tədbir görülməsi məqsədilə qanun pozucuları aidiyyatı üzrə ərazi polis orqanlarına təhvil verilib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən onlara xəbərdarlıq edilmiş və ya cərimə olunublar.

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

http://az.trend.az/news/society/2241536.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO