"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Braziliyada kütləvi etiraz aksiyaları iğtişaşlarla yekunlaşıb

Braziliya paytaxtında “Torpaqsız kəndlilər” hərəkatının üzvlərinin keçirdiyi nümayiş polislə toqquşmalarla yekunlaşıb. Trend-in cümə axşamı “İnterfaks”a istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində ən azı 30 asayiş keşikçisi xəsarət alıb, 8-i isə xəstəxanaya yerləşdirilib.
Etirazçılardan iki nəfərin xəsarət aldığı aksiyalarda 15 minə yaxın insan iştirak edib. Aksiya iştirakçıları hökumətdən aqrar islahatların keçirilməsini tələb edirlər.
1984-cü ildə yaradılan “Torpaqsız kəndlilər” hərəkatı Braziliyada ən iri və nüfuzlu təşkilatlardan biridir. Təşkilatın 1,5 milyona yaxın üzvü var. Hərəkatın məqsədi braziliyalılara torpaq paylarının verilməsinə nail olmaqdır.

http://az.trend.az/regions/world/ocountries/2241583.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO