"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Beynəlxalq Telekommunikasiya İttifaqı peyklər üçün Azərbaycana orbital mövqe ayırıb

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycana səkkiz orbital mövqe ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq bu mövqelər üzrə peyk mənimsəmələrinin koordinasiyası ilə bağlı məsələyə dair qonşu ölkələrlə danışıqlara başlayıb: “Bu proses, əlbəttə ki, son dərəcə çətindir. Çünki tezlik spektri son dərəcə dardır. Biz tezlik spektrlərinə sahib olan Rusiya şirkətləri ilə danışıqlar aparırıq. Hesab edirik ki, ikinci telekommunikasiya peyki, eləcə də Yerin zondlama peyki üçün mövqelərimizdən istifadə edə bilərik”.
Ə.Abbasov bildirib ki, bu mövqelər Şərqi Avropadan Sakit okeana qədər əraziləri əhatə edir. Həmin zonalarda Rusiyanın, Çinin, Yaponiyanın və orbital peyklərin əlaqələndirilməsi üzrə işlərin aparılması lazım olan digər ölkələrin peyk operatorları fəaliyyət göstərir: “Birinci “Azerspace-1″ peyki üçün biz 20 illik müddətə icarəyə götürülmüş Malayziyadakı orbital mövqedən istifadə edirik. Lakin gələcəkdə biz öz orbital mövqemizdən istifadə etmək niyyətindəyik”.
Nazir bildirib ki, Azərbaycanın ikinci peyk proqramı istisnasız olaraq kommersiya xarakteri daşıyacaq. Onun sözlərinə görə, “Azerspace”in ehtiyatlarının əhəmiyyətli hissəsi xarici bazarlarda reallaşdırılacaq: “Azərbaycanın “Azerspace-1” telekommunikasiya peykinin daxili istifadə üçün nəzərdə tutulan ehtiyatlarının 20 faizi hələ tükənməyib. “Azerspace 2″-nin ehtiyatları da ixrac üçün nəzərdə tutulub. Bu, Azərbaycana xarici bazarlarda rəqabətqabiliyyətliliyi artırmağa və əlavə gəlirlər əldə etməyə imkan verəcək”.

http://az.trend.az/capital/it/2241453.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO