"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda sığorta və təkrar sığorta edənlərin kapitalına yeni tələblər təsdiqlənib


Azərbaycan Maliyyə Nazirliyi sığorta və təkrar sığorta edənlərin ümumi kapitalının minimum məbləğinə dair yeni tələbləri təsdiqləyib. Bu barədə Trend-ə nazirlik yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev deyib.
Sığorta edənlər üçün tələb olunan kapitalın minimum tələblərinin müəyyən edilməsi haqqında Maliyyə Nazirliyinin qərar layihəsinə əsasən, nazirlik non-life sığorta ilə məşğul olan sığorta şirkətlərinin məcmu kapitalına minimum tələbləri qüvvədə, yəni beş milyon manat səviyyəsində saxlayıb. Non-life sığorta ilə məşğul olan yeni sığorta şirkətlərinin məcmu kapitalının minimum məbləği də elə həmin səviyyədə (beş milyon manat) formalaşmalıdır.
Qərara görə, 2017-ci il yanvarın 1-dən həyat sığortası şirkətlərinin ümumi kapitalına tələblərin ümumi məbləği ikiqat artırılaraq hazırkı beş milyondan 10 milyon manata qaldırılacaq.
2014-cü il yanvarın 1-dən Azərbaycanda çalışan həyat sığortası şirkətləri minimum beş milyon manat, 2015-ci il yanvarın 1-dən 6,5 milyon manat, 2017-ci il yanvarın 1-dən isə 10 milyon manat məbləğində ümumi kapitala malik olmalıdırlar.
Həyat sığortası ilə məşğul olan yeni sığorta şirkətinin minimum ümumi kapitalının həcmi də bu səviyyədə – 10 milyon manat həcmində formalaşmalıdır.
Azərbaycan Maliyyə Nazirliyi həyat sığortası şirkətlərini sığortanın digər növü ilə məşğul olan şirkətlərdən ayıran kapitala tələblərin tətbiqi təcrübəsinə ilk dəfə keçir.
Ötən ilin sonunda Azərbaycanın sığorta qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, təkrar sığorta əməliyyatları aparmaq üçün indi sığorta edənlərə ayrıca lisenziya almaq lazımdır.
Təkrar sığorta fəaliyyəti üzrə lisenziya almaq istəyən sığorta şirkətinin kapitalı 2014-cü il martın 1-dən sığorta şirkətləri üçün mimimal tələbləri [hazırda beş milyon manat təşkil edir] 2,5 milyon manat, 2015-ci il yanvarın 1-dən isə beş milyon manat ötməlidir.
Azərbaycanda 28 sığorta və bir təkrar sığorta (AzRe) şirkəti fəaliyyət göstərir.

http://az.trend.az/capital/business/2241648.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO