"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan və İsrail ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayacaqlar

Azərbaycan və İsrail ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalamağı planlaşdırırlar. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan İsrailin İxracat İnstitutunun direktoru Ramzi Qabay deyib:
“Biz Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun sədri Rüfət Məmmədovla görüşdük. Görüşün nəticələri üzrə birgə əməkdaşlığı aktivləşdirmək qərara alındı. Əməkdaşlığın inkişafı üçün böyük potensial və bütün zəruri şərait var. Bundan başqa, biz standartlaşdırma sahəsində daha bir sazişin imzalanması üzərində işə başlayacağıq. Ümid edirəm ki, hər iki sənəd üzərində işi cari ildə tamamlaya biləcəyik”.
Onun sözlərinə görə, İsrail Azərbaycana yeni texnologiyalar gətirə bilər: “Söhbət tamamilə müxtəlif sahələrdən gedir: tibb, mobil texnologiyalar, kənd təsərrüfatı, qida sənayesi. Şirkətlərimiz Azərbaycanda tikilən kimya və texnologiya parklarına investisiya yatırmağa maraq göstərirlər. Eyni zamanda, bizim sizdən öyrənəcəyimiz şeylər var. İsraili Azərbaycanın enerji, neft-qaz sənayesi sahəsində təcrübəsi maraqlandırır”.

http://az.trend.az/capital/business/2241699.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO