"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

ABŞ məhkəməsi “Erməni gücü ” qruplaşmasının daha bir üzvünü təqsirkar bilib

Kaliforniya ştatının Federal Məhkəməsi “Erməni gücü” cinayətkar qruplaşmasının üzvlərindən biri Andranik Aloyanı bank müştərilərinin fərdi və maliyyə hesablarını oğurlamaqda, fırıldaqçılıq məqsədilə əlbir olmada və s. cinayətlərdə təqsirkar bilib.
Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Şahid ifadələrinə görə, A.Aloyan ölkə üzrə bankların 75-dən artıq müştərisinin fərdi və maliyyə hesablarını əldə edib. Onların hesablarındakı ümumi məbləğ 25 milyon dollar olub.
Qeyd edək ki, məhkəmə qruplaşmanın daha bir üzvü Karo Erkanyanı 8 il azadlıqdan məhrum etmişdi.
Ermənistan və keçmiş SSRİ-dən olan vətəndaşların üstünlük təşkil etdiyi “Ermıni gücü” qruplaşması 1980-ci ildə Los-Ancelesdə yaradılıb. Cinayətkar bandanın 250 üzvü olduğu ehtimal edilir.

http://az.trend.az/regions/world/usa/2241519.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO