"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ömürlük məhkumun işindən Ali Məhkəməyə müraciət olunub

“Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Məmməd Məmmədovun işi üzrə məhkəmə qərarından kassasiya şikayəti verilib. Bu barədə APA-ya məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, kassasiya şikayəti məhkəməyə təqdim edilib. Şikayətə yaxın vaxtlarda baxılacağı gözlənilir.

Qeyd edək ki, Məmməd Məmmədov 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. “Qarabağ partizanları”nın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırıb.

“Qarabağ partizanları” xüsusi dəstəsi yaradaraq silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istədiklərini bəyan ediblər. MTN-in keçirdiyi əməliyyat zamanı onlar həbs edilib. Əməliyyatın keçirildiyi Xətai parkında atışma olub. Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmin şəxsləri tutublar. Amma Məmməd Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız Məmməd Məmmədovun işində bu ittiham saxlanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Məmməd Məmmədovun şikayətinə baxıb və bununla bağlı qərar verib. Avropa Məhkəməsi hesab edib ki, Ali Məhkəmə Məmməd Məmmədovun işinə baxarkən qanun pozuntusuna yol verib. Çünki prosesdə nə Məmməd Məmmədov, nə də vəkili iştirak edib. Bundan sonra Ali Məhkəmə Məmməd Məmmədovun işinin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına və yenidən baxılmasına qərar verib. Ötən il Bakı Apellyasiya Məhkəməsində M. Məmmədovun işinə yenidən baxılsa da, hökm dəyişdirilmədən saxlanılıb. Kassasiya şikayəti həmin qərardan verilib.

http://az.apa.az/news/331117

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO