"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən məsələlər açıqlandı

Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatı dinləniləcək.
Millət vəkilləri plenar iclasda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Torpaq bazarı haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində, “Prokurorluq haqqında” qanunda, eləcə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər.
Bundan əlavə, “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” sazişin, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” sazişin, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunverciyilinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli sazişə əlavə və dəyişikliklər edilməsi barədə” protokolun, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə və Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş”ə qoşulması haqqında qanun layihələrinə baxılacaq.

http://az.trend.az/news/politics/2240183.html

Təqvim

February 2014
M T W T F S S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO