"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

January 2014
M T W T F S S
« Dec   Feb »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Son vaxtların ən aktual xəbər başlığı: “… cinayət əvvəllər məhkum olunmuş şəxs tərəfindən törədilmişdir “

Bütün dünyada olduğu kimi, Azərbaycanda da həbsxanadan çıxmış şəxslərin yenidən cinayətə əl atması halları baş verir. Ölkəmizdə bu problemlə mütəmadi mübarizə aparılsa da, təkrar cinayətkarlığın azalması müşahidə edilmir. 2007-ci ildə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməsinə baxmayaraq, hələ də bu qanunun effektiv iş mexanizmi qurulmamış və qanunun ən əsas tələblərindən biri olan Adaptasiya Mərkəzləri hələ də yaradılmamışdır. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 2012-ci ildən etibarən bu sahəyə ictimai dəstək məqsədi ilə “Keçmiş məhkumlar üçün dəstək Mərkəzi” yaratdı və cəzadan azad edilən şəxslərə hüququ, sosial və psixoloji xidmətlər göstərməyə başladı. Qeyd edək ki, məhkumun sosial adaptasiyasına dəstək verilməsi üçün onun azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasına yardımçı olmaqla yanaşı, onun cəzaçəkmə müəssisəsində olduğu zaman azadlığa hazırlanması da mühüm məsələlərdən biridir.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi ötən ilin ikinci yarısından etibarən Avropa Şurası, Avropa Gənclər Fondunun (EYF) dəstəyi ilə “Azadlığa Hazırlıq Kursları” layihəsinin icrasına başladı. Bu layihə çərçivəsində Cəzaçəkmə Müəssisələrində cəza müddətinin sonuna az qalmış məhkumlara xüsusi təlimlər keçirilir. Bu təlimlərdə onlara azadlıqda verilən sosial hüquqlar, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, onların sosial adaptasiyasına məsul qurumların bu sahədə görməli olduğu işlər barədə ətraflı məlumatlar verilir. Nəzərə alsaq ki, şəxsin azadlığa çıxdıqdan sonra ən mühüm problemlərindən biri işsizlikdir, təlimlərin əsas müzakirə mövzularından biri də məşğulluğun təmin olunması, azadlıqdakı iş mühiti, səmərəli işaxtarma mexanizmləri olmuşdur. Layihə çərçivəsində azadlığa çıxmış şəxsin ən mühüm bələdçisi ola biləcək bukletlər də hazırlanmışdır.
Qeyd edək ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına dəstək “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir və yuxarıda adı çəkilən Mərkəz də ölkədə ilk dəfə olaraq təşkilatımız tərəfindən yaradılmışdır. Fəaliyyət planına uyğun olaraq bu problemin həllində səylərin birləşdirilməsi və fikir mübadiləsi aparılması məqsədilə ictimai dinləmələrin keçirilməsi də planlaşdırılır.

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO