"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2013
M T W T F S S
« Nov   Jan »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Arxiv

Partnyorlarımız

Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul etmişdir

Dekabrın 26-da ədliyyə naziri Fikrət Məmmədov İmişli regional ədliyyə şöbəsinin yenicə istifadəyə verilmiş binasında Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli və digər rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilmişdir.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, yerlərdə qəbulların keçirilməsinə, regionlarda yüksək sosial-iqtisadi şəraitin, o cümlədən yeni müasir infrastrukturun yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO