"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2013
M T W T F S S
« Nov   Jan »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Arxiv

Partnyorlarımız

İstintaq təcridxanalarında qadağan olunmuş əşyalar aşkar edilərək götürülmüşdür

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar olunaraq götürülmüşdür.
24.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 221.3; 228.4; 234.1 və 317-2.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nəriman Kərim oğlu Qurbanəliyevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən onun əynində olan idman şalvarının cibindən daxilində danışıq kartı olan 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.
24.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.3.3 və 67.1 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Hakim oğlu Əhmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən kameranın sanitar qovşağının qapısının sağ tərəfində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.

Faktlar üzrə araşdırma aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO