"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşları məhkumların qəbulunu keçirirlər

Azərbaycan Respublikasının Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun tapşırığına əsasən məhkumların hüquqlarının genişləndirilməsi üzrə çoxşaxəli, məqsədyönlü tədbirlər görülməkdədir. Bunlardan biri də cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli cəzaçəkmə müəssisəsinə keçirilmə institutunun tətbiqidir.
Bu məsələdə şəffaflığın, aşkarlığın və kollegiallığın təmin olunması, məhkumların hüquqlarının daha etibarlı qorunması məqsədilə nazirliyin və Penitensiar xidmətin təcrübəli məsul əməkdaşları tərəfindən ictimaiyyət nümayəndələrinin, o cümlədən hüquq müdafiəçilərinin iştirakı ilə cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların mütəmadi qəbulları keçirilir. 2013-cü il ərzində Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin təqdimatlarına əsasən aidiyyəti ərazilər üzrə birinci instansiya məhkəmələrinin qərarları ilə cəzanın çəkilməsi şərtlərinə əməl edən, numunəvi davranışı ilə fərqlənən xeyli sayda məhkum cəzadan vaxtından əvvəl şərti azad edilmiş və ya yüngül rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişlər. Cəzadan azad olunmuş və ya cəzalarının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmiş məhkumların valideynləri, ailə üzvləri və yaxınları tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun ünvanına çoxsaylı minnətdarlıq məktubları daxil olmuş və olmaqdadır.
18.12.2013-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlara vaxtından əvvəl azad etmə və ya yüngül rejimli cəzaçəkmə müəssisəsinə keçirilmə institutunun tətbiqi ilə əlaqədar növbəti qəbul keçirilmişdir. Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Malik Ələkbərovun rəhbərliyi ilə keçirilən qəbulda Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctima Komitənin üzvü Əhməd Abbasbəyli, nazirliyin məsul əməkdaşları iştirak etmiş, 30 nəfərdən artıq məhkum dinlənilmişdir. Həmin məhkumların şəxsi işləri diqqətlə öyrənilmiş, onları narahat edən məsələlərlə bağlı müfəssəl izahatlar verilmişdir.
Qaldırılan məsələlər əsasən vaxtından əvvəl şərti azad olunma, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə, əfv olunma qaydaları, məhkumların hüquqlarının həyata keçirilməsi zamanı mövcud qaydaların sadələşdirilməsi və eləcə də cəzadan azad edildikdən sonra məhkumların sosial adaptasiyaları ilə bağlı olmuşdur. Qəbul zamanı məhkumların qanunvericiliklə müəyyən olunmuş hüquqlarının təmin olunmasına, onların saxlanma şəraitinin müasir standartlara cavab verməsinə ölkə rəhbərliyi tərəfindən diqqət yetirildiyi, bu məqsədlə xüsusi dövlət proqramlarının qəbul olunduğu bir daha xatırlanmışdır.
Qəbuldan sonra müəssisə rəhbərliyinin və xidmət sahələri üzrə məsul əməkdaşların iştirakı ilə əməliyyat müşavirəsi keçirilmişdir.

Təqvim

December 2013
M T W T F S S
« Nov   Jan »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO