"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2012
M T W T F S S
« Nov   Jan »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Arxiv

Partnyorlarımız

Gürcüstandan Azərbaycana qaçaqmal telefon keçirilməsinə cəhd edilib

“Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana külli miqdarda qaçaqmal telefon keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşı Zaur Rzayevin etibarnamə ilə idarə etdiyi “BMW-525” markalı 10 NZ 856 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Nəzarət zamanı həmin avtomobilin yük yerində, ehtiyat təkərin içərisindən, arxa oturacağın arasında olan boşluqdan və müxtəlif gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilmiş şəkildə cəmi 171 ədəd “Nokia” və “Samsung” markalı mobil telefonlar və mobil telefonlara aid aksesuarlar – 171 ədəd qidalandırma cihazı, 171 ədəd karton qutu, 84 ədəd “qulaqcıq”, 25 ədəd USB kabel və 5 ədəd CD disk aşkar edilib.
Həmçinin, Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Mahmudov İsa İsmayıl oğlunun idarə etdiyi “QAZ 33021” markalı 23 BF 582 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti zamanı nəqliyyat vasitəsinin yük yerinin qabaq hissəsində xüsusi düzəldilmiş arakəsmənin işərisindən bütün aksesuarları ilə birgə cəmi 504 ədəd “Nokia”, “Samsung”, “Xpress Music” və “KenXinDa” markalı mobil telefonlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
Xatırladaq ki, təkcə son altı ayda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən gizlədilmiş şəkildə 3823 ədəd müxtəlif markalı mobil telefonlar, 6107 ədəd mobil telefonlar üçün aksesuarlar aşkar edilərək götürülüb.

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO