"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

August 2012
M T W T F S S
« Jul   Sep »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Yerli əməkdaşlıq

Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyasına kömək edəcək layihənin icrasına başlanıb.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin başladığı “Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” adlı layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılır və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib.
Layihənin fəaliyyətinin əsasını cəzaçəkmə müəssisələrində olan gənclərin azadlığa çıxışa hazırlanmasının təşkili, müəssisələri tərk edən gənclərin öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların xidmətlərə yönləndirilməsi təşkil edir.
Maarifləndirmə işinin aparılması azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.
Azadlığa çıxmış gənc məhkumların sosial və hüquqi problemlərinin həll olunması, onlara bu sahədə yardım edilməsi üçün müvafiq dövlət orqanları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə bu sahədə ixtisaslaşmış ictimai təşkilatlarla, bu sıradan Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi Təşkilatının yaratdığı Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi ilə sıx əməkdaşlıq ediləcək.
Bundan başqa, layihə çərçivəsində bir sıra gənclər təşkilatlarının bu sahədə xidmət göstərmək istiqamətində ixtisaslaşmasına da kömək ediləcək. Bunun üçün 30-a yaxın QHT təmsilçisinə bu sahədə xüsusi təlimlər keçiləcək. Layihə çərçivəsində xüsusi maarifləndirici bukletlər və bülletenlər nəşr olunacaq. Bütün bu göstərilən faliyyətlərə paralel olaraq cəmiyyətin keçmiş məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaq.

Trend

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO