"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

May 2012
M T W T F S S
« Apr   Jun »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Partnyorlarımız

Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi yaradılır.

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 01 may 2012-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlamışdır. Layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi” yaradılır. Mərkəzin yaradılmasında məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, penitensiar müəssisələrdə islah edilmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdıqları baryerləri aşmalarında onlara yardımçı olmaqla, müəyyən dərəcədə onların yenidən cinayət əməlinə əl atmalarının qarşısını almaqdır. Bu məqsədlə layihə çərçivəsində bir sıra istiqamətlərdə işlər aparılacaqdır. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi bu layihənin icrası ilə bağlı bir sıra dövlət orqanları, xüsusilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Mərkəzin fəaliyyətinin əsas istiqaməti azadlığa çıxmış keçmiş məhkumlara təmənnasız olaraq xidmətlərin göstərilməsidir. Mərkəzin əməkdaşları müraciət etmiş şəxslərin ehtiyyac meyarlarına uyğun olaraq onlara hüquqi və ya psixoloji yardım edəcək, sosial problemlərin həll edilməsində dəstək olacaqlar. Bu fəaliyyətlərə paralel olaraq layihə çərçivəsində Cəzaçəkmə Müəssisələrinə səfərlər ediləcək, azadlığa çıxmağa hazırlaşan məhkumlarla görüşlər keçiriləcək ki, bununla da onlar mərkəzin fəaliyyətinə cəlb ediləcəklər. Layihə çərçivəsində görüləcək işlərdən biri də keçmiş məhkumlar üçün karyera quruluşu, səmərəli iş axtarma mexanizmləri və sair bu kimi mühüm mövzularda kursların təşkili olacaqdır. Nəzərə alsaq ki, keçmiş məhkumların ən əsas problemlərindən biri məşğulluq məsələsidir, bu kurslar bu problemlərin həllində onlara tutarlı dəstək verə biləcəkdir.
1 il müddətində icra ediləcək layihənin sonuna doğru maraqlı dövlət qurumları, yerli qeyri-hökümət və beynəlxalq təşkilat nümayəndələrinin, habelə KİV-in iştirakı ilə Dəyirmi Masa təşkil ediləcəkdir. Tədbirdə görülmüş işlərin təqdimatı – ictimai hesabatı veriləcək, bu sahə ilə bağlı maraqlı tərəflərin ictimai müzakirəsi təşkil ediləcəkdir.

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin
MƏTBUAT XİDMƏTİ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO