"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2011
M T W T F S S
« Nov   Jan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin müraciəti

Dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları yeni əfv fərmanı imzaladı. Bu fərmanla ölkə başçısı 92 məhkumu əfv etdi. Bunlardan 1 nəfəri şərti cəzadan, 14 nəfəri cərimə cəzasından, 2 nəfəri islah işləri cəzasından, 75 nəfəri isə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu gün cəzaçəkmə müəssisələrindən 75 məhkum azadlığa buraxılacaq və 2011-ci il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü öz doğmaları ilə bir yerdə keçirəcəklər.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi olaraq ölkə başçısına bu qədər insana sevinc bəxş etdiyi üçün təşəkkür edir və xalqımıza bu insanların cəmiyyətə inteqrasiyasına dəstək olmaları üçün müraciət edirik.
Artıq 4 ildir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun özündə azadlığa buraxılan məhkumların sosial adaptasiyasına dövlət dəstəyini ehtiva edir və bu sahədə bir çox qurumların məsuliyyətini tənzimləyir. Lakin bu sahədə ən vacib məqam cəmiyyətin məsuliyyətidir. Cəza çəkməkdən azad edilmiş şəxslərin ən mühüm problemi cəmiyyətin onları qəbul etməməsi və bunun nəticəsi olaraq psixoloji baryerlərlə rastlaşmalarıdır. Cəmiyyətin onları qəbul etməməsinin, onların islah olunmasına inamsızlığın nəticəsidir ki, məhkumlar azadlığa çıxdıqdan sonra bir çox hallarda özlərinə yer tapa bilmirlər, bir çox hallarda iş tapa bilmirlər və nəticə etibarilə təkrarən cinayət törətməyə təhrik olunurlar.
Ölkəmizdə təkrar cinayətkarlıqla bağlı rəsmi statistika olmasa da, gündəlik rastlaşdığımız xəbərlərdə törədilmiş cinayət faktlarının çoxunun keçmiş məhkumlarla bağlı olmasının şahidi oluruq. Bu o deməkdir ki, şəxs törətdiyini cinayətə görə cəzasını çəkir, islah olunur amma biz ona yenə də məhkum gözü ilə baxmaqda davam edirik.
Bütün bu deyilənləri nəzərə alaraq, xalqımıza müraciət edirik. Dövlət öz işini gördü – şəxsi islah etdisə, ölkə başçısı onu əfv etdisə, gəlin biz öz töhvəmizi verək. Gəlin biz də onlara qarşı ayrıseçkilik yaratmayaq, onları təkrar cinayətə təhrik etməyək. Biz xüsusən ölkədəki işəgötürənlərə müraciət edirik. Azadlığa buraxılan məhkumların ən mühüm problemi iş tapmaqla bağlıdır. Hər bir işəgötürən qarşısına ildə ən azı 2-3 keçmiş məhkumun məşğulluğunun təmin edilməsi məqsədi qoysa bu sahəyə çox böyük töhvə vermiş olarlar.
Qeyd etmək istərdim ki, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin 2012-ci il üçün strateji fəaliyyət planının əsas istiqamətlərindən biri olaraq cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyasına, xüsusən də onların məşğulluq probleminin həll edilməsinə ictimai dəstək verilməsi nəzərdə tutulmuşdur.

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi”
İctimai Birliyinin Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO