"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2011
M T W T F S S
« Nov   Jan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

Kubada 3 minə yaxın məhkum əfv edildi


Kuba prezidenti Raul Kastro 2900 məhkumala bağlı amnistiya fərmanı imzalayıb. Əfv edilənlər arasında xarici ölkə vətəndaşları da var.

Kasto amnistiyanın səbəblərindən biri kimi Papa XVI Benedikin ziyarətini göstərmiş və bu humanizm aktını alicənablığın və inqilabın gücünün nümayişi adlandırmışdır.
O qeyd etmişdir ki, 25 ölkədən 86 xarici ölkə vətəndaşı olan məhkumlar da azad ediləcək və bu barədə tezliklə məlumatlandırılacaqlar.
Amerika ölkələri Şurasının vitse prezidenti Eric Farnsworth bildirmişdir ki birinci dəfədir ki Kastro rejimi liberal siyasət yeridir və ola bilsin ki, bu növbəti addımların ilkidir.

Lakin əfv edilənlər arasında casusluğa görə həbs edilmiş amerikalı Alan Gross yoxdur. ABŞ-ın Grossun azad eidlməsi ilə bağlı bütün tələblərinə baxmayaraq onun adı əfv edilənlər siyahısına salınmayıb.

Gross Kubadakı kiçik yəhudi icması üçün komputer və rabitə avadanlıqları gətirdiyi üçün Kubanın ərazi bütövlüyünə qarşı çıxmaqla ittiham edilərək 2009-cu ilin dekabr ayında 15 illiyə azadlıqdan məhrum edilmişdi.

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO