"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2011
M T W T F S S
« Nov   Jan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

Kvebekdəki cəzaçəkmə müəssisələrində çalışan müsəlman qadınlara hicab taxmağa icazə verildi

Kanadanın Kvebek ştatının yerli höküməti həbsxanada çalışan müsəlman qadınlara baş örtüsü taxmağa icazə verən qanun qəbul edib.

Dörd il əvvəl edilən bir şikayəti dəyərləndirərkən Kvebek İctimai Təhlükəsizlik Departamenti Kvebek insan Hüquqları Komissiyası ilə apardığı müzakirələrdən sonra bu qərara gəlib.

Lakin bu qərar Kvebek Partiyası tərəfindən tənqid edilib. Partiyanın dünyəvi məsələr üzrə nümayəndəsi Carole Poirier öz etirazını bu sözlərlə ifadə edib: “Bu tamamilə yolverilməzdir. Məhkəmə işçiləri dövlət işçiləridir və onlar hərhansı dini atribut daşımamalıdır, xüsusi ilə də dövlətin bitərfliyinin daha aydın olmalı olduğu həbsxanalarda.”

Bu məslə ilə bağlı hadisə 2007-ci ildə Monrealdan olan 19 yaşlı müsəlman bir qızın Kvebek həbsxanasında işə qəbul üçün getdiyi təlimdə başındakı hicabı açmayaraq təlimdən imtina etməsi başlamışdır.

Gənc xanım bütün test imtahanlarını keçmiş və Monrealdakı Bordo həbsxanasındakı təlimlərə başlayarrkən ona təhlükəsizliyi üçün işə başlayanda hicab taxmaması bildirilmişdir. Dini etiqadını əsas göstrən xanım buna etiraz etmiş və İnsan hüquqları Komissiyası vasitəsi ilə məhkəməyə müraciət etmişdir.

Uzun müzakirələrdən sonra məhkəmə çıxartdığı qərarda İctimai Təhlükəsizlik Departamentinin xanıma qarşı tələbini ayrıseçkilik kimi qoymətləndirmişdir.

Bundan sonra sözü gedən departamentlə ortaq bir razılıq əldə edilmiş və həbsxanada çalışan müsəlman qadınlara işə hicablı getməyə icazə verilmişdir.

Təhlükəsizlik qaydalarına əməl etmək üçün department müsəlman qadın işçiləri xüsusi hicablar ilə təmin edəcək.

İnsan Hüquqları Komissiyasının sözcüsü Valeri Simard bildirmişdir ki, bu sikayətlə məhkəməyə müraciət edən Monreallı xanım bu qanundan faydalana bilməyəcək. Çünki o artıq özünə yeni bir peşə seçib.

Simard bildirmişdir ki, Kanadanın İslah Xidmətləri haqqında qanunvericiliyi federal cəcaçəkmə müəssisələrində çalışan müsəlman işçilərin hicab taxmasına icazə verir.

Federal Departament isə öz bəyanatındda bildrmişdir ki, department mümkün olduğu qədər şəxslərin və institutların təhlükəsizliyi çərçivəsində işçilərin dini və mədəni ehtiyaclarını ödəməyə çalışır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO