"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2011
M T W T F S S
« Nov   Jan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

BU ƏFVƏ ÖMÜRLÜK MƏHBUSLAR DA DÜŞƏCƏKMİ?

İlin sonunda prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənir. Bu sərəncama vaxtilə ölüm hökmünə məhkum olunmuş ömürlük məhbusların da düşməsi mümkündürmü?

Hazırda 80 belə ömürlük məhbus var. 1998-ci il fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm cəzası ləğv olunarkən onların cəzaları ömürlük həbslə əvəzlənib. Məhbuslar bildirir ki, cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin tələblərinə əsasən, onlara məhkəmə yolu ilə 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud uzağı 20 il azadlıqdan məhrumetmə cəzası verilməli idi.

Avropa Şurası Parlament Assambleyasının 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılması tövsiyə olunub.

Son vaxtlar cəmi bir məhbusun cəzası yüngülləşdirilib. Prezident İlham Əliyevin 2010-cu il martın 17-də imzaladığı əfv sərəncamı ilə vaxtilə ölüm cəzasına məhkum edilmiş ömürlük məhbus Təbriz İsmayılovun cəzası 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Əfv Məsələləri Komissiyasının üzvü, deputat Elmira Axundova “Media forum” saytına bildirib ki, komissiya iclaslarını yekunlaşdırıb: “İclaslarda 300-dən çox müraciətə baxmışıq. Siyahı hazırlamışıq və orada 100 məhbusun adı var. İndi yalnız sərəncamın imzalanmasını gözləyirik.

Vaxtilə ölüm hökmünə məhkum olunmuş ömürlük məhbuslardan kiminsə adının əfv sərəncamına düşüb-düşməyəcəyini deyə bilmərəm. Kimi əfv etmək prezidentin müstəsna səlahiyyətidir. Həmişə prezident bizim siyahımıza əlavələr edir, siyahını genişləndirir.

Müvafiq qurumlar ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin məsələsini araşdırır. Ola bilsin ki, gələn iclasların birində bu məsələyə biz də baxacağıq”.

www.mediaforum.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO