"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2011
M T W T F S S
« Nov   Jan »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

Azərbaycanda narkotik vasitələri cəzaçəkmə müəssisəsinə keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.

Trend-in Xidmətin saytına istinadən yaydığı məlumata görə, 21.12.2011-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 120.1 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Mahir Abdulalı oğlunun yanına gəlmiş qardaşı oğlu, vətəndaş Abdullayev Səfa İsa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qara rəngli “SYOSS” markalı şampun qabının içərisində gizlədilmiş 4 ədəd selofana bükülmüş, çəkisi 4,276 qram olan narkotik maddə – “heroin” və 3,07 qram olan narkotik maddə – “marixuana” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO