"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

October 2011
M T W T F S S
« Sep   Nov »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Arxiv

Partnyorlarımız

“Məhkumlara Psixoloji Dəstək Mövzusunda” Dəyirmi Masa keçirildi

Oktyabrın 3-də Avropa Gənclər Fondunun, Avropa Şurasının dəstəyi ilə “Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi” İctimai Birliyi (İB) “Məhkumlara psixoloji dəstək” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə məhkumlara psixoloji yardım sahəsindəki problemlər və onların həlli yolları müzakirə olunmuşdur. Tədbirdə “Məhkumlara psixoloji dəstək” layihəsinin icrası, həmçinin İB-nin bu sahədə gördüyü işlər barəsində iştirakçılara ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının fəal iştirakı ilə keçirilən “Məhkumlara psixoloji dəstək” layihəsinin əsas məqsədi penitensiar psixologiya sahəsində gənc psixoloqların hazırlanmasına, həmçinin psixoloqların məhkumlarla psixoloji işin aparılmasında praktiki vərdişlərə yiyələnmələrinə şərait yaradılmasıdır.

Layihə çərçivəsində iki istiqamətdə iş aparılmış, əvvəlcə iyirmi gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil edilmişdir. Həmçinin, cəzaçəkmə müəssisələrində və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar təşkil olunmuşdur.

Tədbirdə gənc məhkumların psixoloji yardım almaq hüquqlarının təminatı vəziyyəti, layihənin yekunları müzakirə edilmişdir.

Sonda “Penitensiar psixologiya” üzrə kursları uğurla başa vurmuş bir qrup gənc psixoloq sertifikatlarla təqdim olunmuşdur.

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO