"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Dəyirmi masa keçirildi

27 iyul 2011-ci il tarixində “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı “Məhkumların vaxtından əvvəl şərti azad edilməsi insitutunun təbliği” layihəsi çərçivəsində dəyirmi masa keçirildi. Dəyirmi Masada Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Baş Prokurorluq, Ombudsman Aparatı, yerli qeyri-hökümət təşkilatları, habelə bir sıra beynəlxalq təşkilat təmsilçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri Kamil Səlimov təşkilat haqqında və layihə barəsində geniş informasiya verdi. Cənab sədr bildirdi ki, 7 ildən artıqdır ki fəaliyyət göstərən “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi bütün bu illər ərzində məhkum hüquqlarının qorunması, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, məhkumların hüquqi maarifləndirilməsi və ölkə qanunvericiliyinin onlara verdiyi hüquqların təmin edilməsinə dəstək istiqamətində çoxsaylı işlər görmüş və müvafiq layihələr icra etmişdir. Hal-hazırda icra edilən “Məhkumların vaxtından əvvəl şərti azad edilməsi insitutunun təbliği” layihəsi də məhz məhkumların bu sahədəki hüquq və vəzifələri barəsində maarifləndirilməsi, bu sahədəki mövcud problemlərin araşdırılması və həlli istiqamətində müvafiq təklif və tövsiyyələr hazırlanmasına yönəlmişdir.
Layihənin eksperti, Ədliyyə Nazirliyi yanında Penitensiar Müəssisələrə Nəzarət edən İctimai Komitənin üzvü Nazir Quliyev layihə çərçivəsində Penitensiar Xidmətin tabeçiliyində olan 10 Cəzaçəkmə Müəssisəsində keçirilmiş seminarlar, seminarlarda müzakirə edilmiş məsələlər barədə ətraflı danışdı. Qeyd edildi ki, keçirilən hər seminara 50 məhkum və 10 müəssisə əməkdaşı cəlb edilmişdir. Seminarlarda məhkumların hüquq və vəzifələri, vaxtından əvvəl şərti azad etmə institutunun icra mexanizmləri, bu sahədəki yerli və beynəlxalq qanunvericilik, habelə yerli və beynəlxalq təcrübə müzakirə edilmişdir, habelə məhkumların hüquqi məsələlərlə bağlı suallarının cavablandırlmasına da vaxt ayrılmışdır.
Daha sonra mövzu ətrafında müzakirələr, Azərbaycan dövlətinin cinayət – hüquq siyasətinin humanistliyini göstərən vaxtından əvvəl şərti azad etmə institutunun məhkumların islah edilmə prosesində, cinayət törətmiş şəxslərin cəmiyyətə fəsadsız reinteqrasiya olunmaları sahəsində rolu, bu institutun tətbiqetmə sahəsindəki problemlər və bu problemlərin həlli yolları ilə bağlı fikir mübadilələri aparıldı.

MƏTBUAT XİDMƏTİ

Təqvim

August 2011
M T W T F S S
« Jul   Sep »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO