"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

“Penitensiar psixologiya” mövzusunda təlim kursu üçün ərizələrin qəbulu

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi gənc psixoloqlar üçün “Penitensiar psixologiya” mövzusunda 3 günlük təlim kursu təşkil edəcəkdir.
Təlimdə iştirak üçün 20-30 yaş arası gənc psixoloqlar, həmçinin bu sahədə ali təhsil alan tələbələr müraciət edə bilərlər. Təlimlər 15, 16, 17 avqust 2011-ci il tarixlərinə nəzərdə tutulub.
Təlimdə aşağıdakı mövzular müzakirə ediləcəkdir:

1. İslah müəssisələrində həyata keçirilən psixoloji fəaliyyətin predmeti, prinsipləri, xüsusiyyətləri

2. Məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri
– Yetkinlik yaşına çatmayan məhkumların psixoloji xüsusiyyətləri
– Qadın məhbusların psixoloji xüsusiyyətləri
– Psixoloji pozuntuları olan məhkumlar
– İslah müəssisəsində məhkumlar tərəfindən ifadə olunan bəzi davranış nümunələri

1. Məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri
– Dəyərlər, qaydalar
-Stereotiplər
-Məhkum qrupunda status

3. Cəzaçəkmə müəssisələrində ünsiyyət
– Məhkumlarla ünsiyyətin sosial psixoloji xüsusiyyətləri
– Məhkumlar arasında ünsiyyət
– Jarqon
– Konfliktli situasiyalar

4. Məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, istifadə olunan metodikalar
– Məhkumların islah prosesinin predmet və vəzifələri ona təsir edən amillər
– İslah prosesində məhkumlara psixoloji təsir metodları

5. Cəzaçəkmə müddəti sona yetmiş şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri
6. Məhkumlarla işləyən heyyətlə həyata keçirilən psixoloji fəaliyyət

Təlim zamanı əldə edilən nəzəri biliklərin təcrübədə tətbiqi məqsədilə gənc psixoloqların iştirakı ilə cəzaçəkmə müəssisələrində gənc məhkumlar və müəssisə nəzarətçiləri üçün psixoloji seminarlar təşkil ediləcəkdir.

P.S. Kurs ödənişsizdir.
Təlimdə iştirak etmək istəyən gənc psixoloqlar öz tərcümeyi hallarını (CV) office@azpenalreform.az elektron ünvanına göndərə bilərlər.Son müraciət tarixi 10 avqust. Elavə məlumat üçün: (012) 437 82 47, (055) 484 00 06

Təqvim

July 2011
M T W T F S S
« Jun   Aug »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO