"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

July 2011
M T W T F S S
« Jun   Aug »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv

Partnyorlarımız

“Azərbaycan Respublikasında Ömürlük Azadlıqdan Məhrumetmə” mövzusunda Milli Konfrans keçirildi

Bu gün, iyul ayının 5-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi (AMYM) “Beynəlxalq Həbsxana İslahatları” (PRI) təşkilatı ilə birgə “Azərbaycan Respublikasında Ömürlük Azadlıqdan Məhrumetmə mövzusunda Milli Konfrans keçirdi.
Konfrası giriş sözü ilə AMYM-nin sədri h.e.d. professor Kamil Səlimov açdı. Qonaqları salamlayan professor K.Səlimov Milli Konfransın keçirilməsinin əhəmiyyətli olmasından danışdı. Sonra layihə haqqında PRI-nın proqram rəhbəri Maya Xasiya qısa təqdımatla çıxış etdi.
Layihənin ekspertlərindən biri olan, İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Eldar Zeynalov layihə çərçivəsində 2010-11-ci illərdə aparılmış tədqiqatın nəticələrinin təqdimatı etdi. E. Zeynalov Azərbaycan dövlətinin müstəqillik əldə etdikdən sonra ömürlük azadlıqdan məhrumedilmiş şəxslərlə bağlı qanunlara və bu sistemə nəzarət edən institutlara nəzarət edən institutlara edilmiş dəyişiklər və şərait barədə danışdı. Eldar Zeynalov ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əmək, dini və digər hüquqları və bu hüquqların təmin olunması səviyyəsi haqqında danışdı. Sonda layihənin eksperti yaxın zamanlarda Qobustan Qapalı Həbsxanasının yeni tikiləcək həbsxanaya köçürülməsinin müsbət hal olduğunu bildirdi.
Layihənin və Avropa Şurasının penitensiar və məhkum hüquqları üzrə eksperti Givi Mikanadze Ömürlük azadlıqdan məhrumetmə sahəsində beynəlxalq standartlar barədə geniş məruzə ilə çıxış etdi. Çıxışında müxtəlif ölkələrdə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə göstərilən münasibətdən və fərqli qanunlar haqqında danışdı. Ekspert bəzi ölkələrdə ömürlük azadlıqdan edilmiş şəxslərin müəyyən müddətdən sonra vaxtından əvvəl şərti azadedilmə hüququn tədbiq edildiyini, bu kimi ölkələrə Polşa 20 il, Gürcüstan, Litva, Latviya 15 il və Yaponiyada isə 10 il olduğunu qeyd etdi. Sonra Givi Mikanadze tövsiyyə xarakterli Avropa Penitensiar qaydalarının tədbiqi və xüsusiyyətləri haqqında danışdı.
Konfransın ikinci hissəsində “Azərbacan Respublikasında ömürlük və uzunmüdətli azadlıqdan məhrum etmənin tətbiqinin əsasları” haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rəis müavini Mürvət Həsənov, “Azərbaycan Respublikasında ömürlük və uzunmüdətli azadlıqdan məhrumetmə təcrübəsi” barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramov və “Ömürlük azadlıqdan məhrum olunmuş məhkumların saxlanma şəraiti və onlarla davranış, gələcəkdə bu sahədə nəzərdə tutulmuş tədbirlər” haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Rövşən Hacıyev çıxış etdi.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Ali, Bakı Appelyasiya və Ağır Cinayətlər Məhkəmələrinin, Ədliyyə Nazirliyinin, Ombudsman aparatının və digər qurumların rəsmiləri, yerli qeyri-hökümət təşkilatları, penitensiar müəssisələrə nəzarət edən İctimai Komitənin üzvləri, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların Beynəlxalq Qırmızı Xaç, ATƏT, Avropa Birliyinin Azərbaycandakı nümayəndəlyinin təmsilçiləri də iştirak edirdi.
Konfransın sonunda müzakirələrə və gələcək perspektiv proqramların müzakirəsinə yer verildi.

Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi
İctimai Birliyinin Mətbuat Xidməti

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO