"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda yeni inşa olunan cəzaçəkmə müəssisələri ilə bağlı müşavirə keçirilib

Çərşənbə günü Penitensiar Xidmətin Baş idarəsində yeni cəzaçəkmə müəssisələrinin layihələndirilməsinə və tikintisinə nəzarətin gücləndirilməsi məqsədilə layihə institutunun, podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Trend-in PX-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən yaydığı məlumata görə, müşavirədə ədliyyə nazirinin müavini Mədət Quliyev və Penitensiar Xidmətin aidiyyəti qurumlarının rəhbərləri də iştirak ediblər.

Müşavirədə çıxış edən nazir müavini Penitensiar Xidmətin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər nəticəsində layihələndirmə və tikinti ilə bağlı aşkar edilmiş qüsurlardan danışıb. Müzakirələr nəticəsində layihə üzrə buraxılmış səhvlər, həmçinin tikinti-quraşdırma işlərinin aparılmasında yol verilmiş nöqsanlar ətraflı araşdırılıb.

Layihələndirmə ilə bağlı yol verilmiş nöqsanların, həmçinin tikintidə keyfiyyətsiz aparılmış işlərin aradan qaldırılması istiqamətində layihəçilərə və podratçılara müvafiq tapşırıqlar verilib.

Müşavirənin yekununda nazir müavini qarşıda duran vəzifələrdən danışaraq, layihə və tikinti təşkilatlarından məsuliyyət hissinin artırılmasını, görülən işlərin keyfiyyətinə nəzarətin gücləndirilməsini tələb edib.

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO