"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İctimai Komitənin üzvləri 14 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçiriblər

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və komitənin üzvü Nazir Quliyev 14 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər. İctimai Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib.
Eyni zamanda 14 saylı Cəzaçəkmə müəssisəsində məhkumların fərdi qəbulu həyata keçirilib və onlara hüquqi yardım göstərilib. Kitabxana fonduna isə kitablar hədiyyə edilib.
Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO